Maraqlar toqquşması haqqında qanun layihəsi üzrə müzakirələr Milli Məclisdə davam edir. Sənəd üzrə vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından yalnız vəzifə səlahiyyətlərinin icrası ilə əlaqəli məqsədlər üçün istifadə edə biləcək, qeyri-işgüzar və ya şəxsi məqsədlər üçün istifadəyə məhdudiyyət gətirilir. Layihənin 4-cü maddəsində də göstərilən əsas tələblərdən biri kimi vəzifəli şəxslərin xidməti səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməsi müəyyən edilir.

Həmçinin, maraqlar toqquşmasının qarşısının alınması və idarə olunması zamanı şəffaflıq, hesabatlılıq və dürüstlük prinsiplərinə riayət ediləcəyi, dövlət və ictimai maraqların üstün tutulması nəzərdə tutulub. Qanun layihəsi qəbul olunsa, bu müddəalar dövlət və bələdiyyə resurslarından istifadənin nəzarət mexanizmlərinə tətbiq ediləcək.