Oktyabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağışsız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-14 dərəcə isti, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz civarında nəzərdə tutulub.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağış, şimşək çaxması, dolu düşməsi ehtimal olunur. Yüksək dağlıq ərazilərdə isə qar yağması da istisna deyil. Bəzi yerlərdə arabir duman müşahidə oluna bilər. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 16-19 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti səviyyəsində proqnozlaşdırılır.