Oktyabrın 28-i tarixində Heydər Əliyev Mərkəzində XV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi təşkil edildi və konsert proqramı təqdim olundu. Məclisdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, həmçinin ölkə və təşkilatların rəsmiləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.