Mədəniyyət
Mərhum Xalq artisti Rəmişin qardaşı, Birinci Qarabağ müharibəsi qazisi vəfat edib
Mərhum xalq artisti Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib; mərhum bu gün Ağdamın Qarağacı kənd qəbiristanlığında dəfn olunacaq.
1 dəq oxunuş
Mənbə: No Comment
Mərhum Xalq artisti, gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib.
Məlumata görə, Romik Hüseynov bu gün Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd olunur ki, Romik Hüseynov Birinci Qarabağ müharibəsi qazisi olub.