Rusiyada xarici agent kimi tanınan yazıçı Boris Akuninin həyat yoldaşı Erika Çxartişvili vəfat edib.
Onun son vaxtlar ağır xəstəliklə mübarizə apardığı bildirilib və ölümü barədə məlumat yayıldı.
Qriqori Çxartişvili (Boris Akunin) ilə Erika Çxartişvili 1986-cı ildə ailə qurublar. Cütlüyün bu ilin martında evliliklərinin 40 illiyini qeyd etdikləri qeyd olunur.
Erika Çxartişvili həyat yoldaşının yaradıcılığında uzun illər fəal rol oynayıb, onun əsərlərinin korrektəsi və redaktəsi ilə məşğul olub. Bildirilir ki, Akuninin məşhur Erast Fandorin silsiləsinin ilk romanı "Azazel" əsəri həyat yoldaşı ilə mərc əsasında yazılıb.
Erika Çxartişvili yazıçının ikinci həyat yoldaşı olub; onun ilk həyat yoldaşı tələbəlik dövründə tanış olduğu yapon qadın olub.
Qeyd edilir ki, Boris Akunin Rusiyada xarici agent statusu alıb və terrorçular və ekstremistlər siyahısına daxil edilib.