Moldovanın cənubunda, Ştefan-Vodə rayonunun Talmaza kəndindən təxminən üç kilometr aralıda naməlum uçuş aparatı yerə düşərək partlayıb.
Polis bildirir ki, ilkin müəyyənləşdirmələrə görə partlayış həmin uçuş aparatının zərbəsi nəticəsində baş verib.
Müdafiə Nazirliyinin açıqlamasına görə, radarlar saat 17:37-də (Bakı vaxtı ilə 18:37) Ukraynanın Kuçurqan kəndi istiqamətindən ölkənin hava məkanına daxil olan obyekt qeydə alıb.
Hadisə ilə əlaqədar Moldovanın hava məkanı təxminən 15 dəqiqə müddətinə bağlı olub və vəziyyətlə bağlı araşdırma aparılır.