Altı yaşlı mop cinsli Cinni Lu bu il keçirilən "dünyanın ən çirkin iti" müsabiqəsinin qalibi seçilib.
Cinni Lu Cənubi Koreyanın dağlarından xilas edildikdən sonra yeni ailə tapıb və son dörd ildə həyatından həzz aldığı, insanlarda təbəssüm yaratdığı bildirilib. O, müsabiqədə dördüncü dəfə iştirak edirdi; 2025-ci ildə ikinci yeri tutmuşdu.
Bu il qalibə 5,000 dollar məbləğində pul mükafatı və Nyu-York şəhərinə səyahət hədiyyə edilib. Yarışmada ümumilikdə səkkiz it yarışıb.
Çixuaxua cinsindən olan Pinki və Otto müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Pinki albinos, Otto isə ağız və burun nahiyəsində deformasiyalarla iştirak edib.
Qeyd olunur ki, 2025-ci ilin qalibi Oreqon ştatının Yucin şəhərindən olan Petuniya adlı iki yaşlı tüksüz ingilis-fransız buldoqu olub; o, həmin yarışmada on namizədi geridə qoymuşdu.