Moskva və Moskva vilayəti gecə saatlarında kütləvi pilotsuz uçuş aparatları (PUA) hücumuna məruz qalıb.
Moskva meri Sergey Sobyanin açıqlama verərək bildirib ki, 15 avqust axşamından 16 avqust səhərə qədər paytaxta doğru 600 PUA uçub. Onlardan 201-i Moskva vilayəti ərazisində məhv edilib və mer hücumun son iki ildə Moskvaya yönələn ən böyük hücum olduğunu qeyd edib.
Mer həmçinin təcili yardım və xilasetmə xidmətlərinin dağıntıların təsir etdiyi ərazilərdə işlədiyini bildirib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hücumlar zamanı bir nəfərin öldüyünü, bir neçə nəfərin yaralandığını açıqlayıb.
Hücumlardan sonra Podolsk yaxınlığındakı Koledino qəsəbəsində yerləşən "Wildberries" şirkətinin logistika kompleksində güclü yanğın başlayıb. Mənbədə bildirilir ki, həmin obyektin sahəsi 200 mindən artıq kvadratmetrdir və şirkətin Rusiyadakı ən böyük anbarlarından biridir.
Domodedovo rayonunda yerləşən digər iri logistika mərkəzində də yanğınlar baş verdiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində hava hücumundan müdafiə qüvvələrinin ölkənin 17 regionu üzərində 822 Ukrayna mənşəli pilotsuz uçuş aparatı ələ keçirdiyini açıqlayıb.