Moskvada fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.

O, əvvəlcə hüquq-mühafizə orqanlarının nəzarətinə götürülərək miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilmişdi. Bir müddət orada qaldıqdan sonra Həsənov hava limanına gətirilərək ölkədən çıxarılıb.

Məlumatlara görə, Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv edilib. Bu ilin iyun ayında baş verən saxlanma əməliyyatı onun məntəqəyə yerləşdirilməsi ilə nəticələnmişdi.

Hadisənin digər təfsilatları barədə əlavə məlumat verilməyib.