Moskvada yaşayan Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiya Federasiyasından deportasiya edilib.
O, öncə miqrantların müvəqqəti saxlanma məntəqəsində saxlanılıb, daha sonra hava limanına gətirilərək ölkə sərhədindən çıxarılıb.
Bəxtiyar Həsənov Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri kimi tanınır. Onun Rusiya vətəndaşlığı ötən il ləğv edilib.
Bu ilin iyun ayında Həsənov hüquq-mühafizə orqanları tərəfindən tutularaq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilmişdi.