Azərbaycan Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzovun vəfatı barədə məlumat yayıb.

Nazirliyin rəhbərliyi və kollektivi general-mayor Novruzovun uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında göstərdiyi xidmətləri vurğulayaraq onun vəfatından kədər hissi keçirdiklərini bildirib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı çatdırıblar.

Qeyd edilir ki, Sərhəd Qoşunlarının keçmiş komandani general-mayor Abbasəli Novruzov bu gün vəfat edib.