Naxçıvan şəhərinin 21-ci məhəlləsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı “Mercedes” və “Ssang Yong” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində xəsarət alan şəxslər aşağıdakılardır: 1958-ci il təvəllüdlü Cəfərova Fatma Cəfər qızı, 1963-cü il təvəllüdlü Cəfərova Rüfət Əyyub qızı, 1981-ci il təvəllüdlü Qəhrəmanova Aliyə Hümbət qızı və 1982-ci il təvəllüdlü Babayeva Gülnarə Məmməd qızı.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər və onlara tibbi yardım göstərilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır və səbəblər müəyyənləşdirir.