Bakının Yasamal rayonunda Nərimanov prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə gecə saat 00:30 radələrində baş verib. 77-XV-350 dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Avtomobil bordürə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb.

Məsələ ilə bağlı araşdırma aparılır. Başlanğıc məlumatlarda qəza zamanı ölən və ya xəsarət alan digər şəxslərin olub-olmaması barədə təsdiqlənmiş məlumat verilməyib, aidiyyəti quruma sorğu göndərilib.