Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 2026-2027-ci tədris ili üçün şagirdlərin elektron yerdəyişməsi prosesinin başladığını açıqlayıb.
Agentliyin məlumatına görə, elektron sistem 15:00-dan etibarən işə salınıb və proses 2-ci sinifdən 9-cu sinifə qədər, eləcə də 11-ci sinif şagirdlərini əhatə edir.
Yerdəyişmə müraciətləri sy.edu.az portalı üzərindən həyata keçirilir. Portal vasitəsilə prosedurun qaydaları və müraciət formaları əlçatandır.
İnternetə çıxışı olmayan vətəndaşlar üçün alternativ müraciət kanalları müəyyən edilib: aidiyyəti üzrə MÜTDA və yerli təhsil idarələrinin çağrı mərkəzləri, agentliyin Vətəndaşlara xidmət mərkəzi və "ASAN xidmət" mərkəzləri vasitəsilə müraciət etmək mümkündür.