Aydın şəhərində "Kurtlar Vadisi" serialı ilə tanınan aktyor Nevzat Yakışırboy yol üzərində digər bir sürücü ilə mübahisə yaşayıb.
Hadisə motosiklet sürən aktyorla avtomobil sürücüsü arasında yaranan anlaşılmazlıq nəticəsində baş verib. Mübahisə qısa müddətdə kəskinləşib.
Məsələ tərəflər arasında daha da gərginləşib ki, iddiaya görə avtomobil sürücüsü Yakışırboya “Nə olub, artisən?” deyib. Bu sözlərdən sonra aktyor motosikletini saxlayaraq avtomobilin yanına yaxınlaşıb.
Yakışırboy sürücüdən maşından düşməsini tələb edib və ona qarşı sərt ifadələr işlədib. Hadisə zamanı ətrafdakılar yaşananları lentə alıblar.
Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra vəziyyət geniş müzakirə predmetinə çevrilib və paylaşılan videolar müxtəlif reaksiyalar doğurub.