Pakistan Ali Məhkəməsi həbsdə olan keçmiş baş nazir İmran Xanın sağlamlıq vəziyyəti ilə əlaqədar həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar verib.

Qərara əsasən, İmran Xan növbəti məhkəmə iclasına qədər tibbi müayinə və müalicə üçün “Şəfa” xəstəxanasında saxlanılacaq.

Məlumatda bildirilir ki, İmran Xan 2023-cü ilin avqustundan həbsdədir və korrupsiya ittihamı nəticəsində 14 il müddətinə azadlıqdan məhrum edilib.