Maykl Ceksonun qızı Paris Cekson açıqlama verərək anası Debbi Ruvla ilk görüşünü 15 yaşında reallaşdırdığını bildirib.

28 yaşlı Paris bu mövzunu yayımlanan bir podkast verilişində müzakirə edib. Uşaqlıq dövründə anasının həyatında olmamasını çox da dərindən sorğulamadığını, ancaq böyüdükcə bunun səbəbini öyrənmək istədiyini söyləyib.

O, anası ilə ilk qarşılaşmasını xatırlayaraq evin qonaq otağına daxil olduğu zaman nənəsi ilə birlikdə Debbini gördüyünü və ona "Salam, ana" dediyini vurğulayıb. Bundan sonra ana və qız birgə vaxt keçirməyə başlayıb və tədricən yaxın münasibət formalaşıb.

Debbi Ruv 1996-cı ildə Maykl Ceksonla evlənib. Onların Prins və Paris adlı iki övladı dünyaya gəlib. Cütlük 1999-cu ildə ayrılıb və boşanma zamanı Debbi Ruv uşaqlar üzərində valideynlik hüquqlarından imtina edib.