Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və bu sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Yeni Sabah isə xəbər verir ki, Paşinyan hökumətin əsas prioritetinin dönməz və uzunmüddətli sülhün əldə edilməsi olduğunu qeyd edib.
O, sülh sazişinin Azərbaycanla imzalanması və ratifikasiya edilməsinin lazımlı olduğunu söyləyib. Paşinyan dünya hadisələri fonunda uzunmüddətli sülhün təmin olunmasının zəruriliyini də diqqətə çatdırıb:
“Dünyada baş verənlərə nəzər yetirdikdə görünür ki, dünya nizamı, əksər hallarda, dağılır. Buna baxmayaraq, bu dövrdə biz sülhə nail olmuşuq. Amma vəzifəmiz 2 illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və daha uzun müddətə çevirməkdir”.