Avqustun 20-də Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı qeydə alınıb.

Məlumat Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən açıqlanıb.

Sıxlığın müşahidə edildiyi istiqamətlər aşağıdakılardır:

1. Bakı–Sumqayıt şosesi, "Xırdalan" dairəsinə doğru;

2. Ziya Bünyadov prospektində, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətinə doğru;

3. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası tərəfə;

4. Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti yönü;

6. Dənizkənarı küçəsində, Bayraq Meydanı qarşısından "Azneft" dairəsinə doğru;

7. Şəmsi Bədəlbəyli küçəsində, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

8. Bülbül prospektində, "Sahil" metro stansiyasının qarşısında;

9. Xətai prospektində, Heydər Əliyev prospekti istiqamətində;

10. Koroğlu Rəhimov küçəsində, akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti tərəfə;

11. Atatürk prospektində, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq mövcuddur.