Bu ilin ali təhsil ixtisas seçimi kampaniyası başa çatıb və 61 516 planlaşdırılmış yer üçün 87 139 abituriyentin seçim etməsi rəqabətin yüksək olduğunu göstərir.
Belə vəziyyətdə bəzi şirkətlər xaricdə təhsil üçün “atestatla qəbul”, “imtahansız qəbul” və ya “100% qəbul” kimi vədləri önə çəkir. Təhsil üzrə ekspert Məzahir Məmmədli valideynlərə və abituriyentlərə bu tip vədlərə ehtiyatla yanaşmağı tövsiyə edir.
Məmmədli bildirir ki, xaricdə təhsil seçimi yanlış olmaya bilər, lakin əsas məqsəd tələbəni sadəcə xarici universitetə yerləşdirmək deyil. Universitetin tanınması, diplomun gələcəkdə tanınması, təhsilin keyfiyyəti və məzunun karyera imkanları öncədən araşdırılmalıdır.
Ekspert xəbərdarlıq edir ki, yalnız “universitetə qəbul olma” sevinci ilə kifayətlənmək gələcəkdə diplomun tanınmaması, təhsilin davam etdirilməsində çətinliklər və ya işə qəbul zamanı problemlər yarada bilər.
Məmmədli valideynlərə və abituriyentlərə tələsik qərar vasitəsilə yol veriləməməsini, rəsmi tanınma statusu, akkreditasiya və məzunların reallıqda hansı imkanlara malik olduqları barədə detallı məlumat toplamağı məsləhət görür və vədlərə kor-koranə inanılmamasını vurğulayır.