ABŞ Müdafiə Nazirliyinin açıqlamasına görə, İranla başlayan qarşıdurma nəticəsində xəsarət alan Amerika hərbçilərinin sayı 757-ni ötüb.
Nazirliyin Müdafiə İtkilərinin Təhlili Sistemində (DCAS) aparılan yenilənmə sonrası yaralananların sayı 50-dən çox artıb. Eyni mənbədə ümumi itkilər arasında 18 ölü hərbçinin olduğu qeyd olunur.
DCAS məlumatları “Xarici Əməliyyatlar” bölməsində yerləşdirilib. Nazirlik ötən ay sistemə ayrıca “Xarici Əməliyyatlar” kateqoriyası əlavə edib; bu kateqoriya 7 iyuldan etibarən ölən və yaralanan şəxslərin qeydiyyatı üçün nəzərdə tutulub.