Rusiyanın Perm vilayətində yaşayan Azərbaycan vətəndaşı Ruslan Məmmədov barəsində cinayət işi başlanıb.
21 avqust 2026-cı il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FSB) Perm idarəsi Məmmədovu rüşvətxorluqda vasitəçilik ittihamı ilə həbs edib. Saxlanma əməliyyatı Rusiya Milli Qvardiyasının dəstəyi ilə həyata keçirilib.
Mənbələrə görə, Məmmədov bölgədəki milli diasporun rəhbəridir və ona qarşı ittihamda qeyd edilir ki, o, şəxsi müəyyən olmayan hüquq-mühafizə orqanlarının əməkdaşlarına məbləğ təklif edilməsi müqabilində Perm sakininin cinayət təqibini dayandırmaq niyyəti ilə vasitəçilik edib.
Rusiya İstintaq Komitəsi hazırda fakt üzrə Cinayət Məcəlləsinin 291.1-ci maddəsinin 5-ci hissəsi ilə cinayət işi açıb və məsələni araşdırır.