TƏBİB yayılan məlumatlara münasibət bildirərək, Bakıda abortdan sonra öldüyü iddia edilən qadının xəstəxanaya ölü vəziyyətdə daxil olduğunu açıqlayıb.
Qurumun bildirdiyinə görə, Tovuz rayon sakini Lalə Quliyeva avqustun 20-si saat 22:30 radələrində Sabunçu Tibb Mərkəzinə gətirilib və orada ölü olduğu müəyyən edilib.
Meyit daha sonra müayinə və araşdırma üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Əvvəl yayılan məlumatlarda Lalə Quliyevanın 5 aylıq hamilə olduğu və dölün qüsurlu olduğuna görə abort etdirməyə qərar verildiyi bildirilmişdi. Həmin məlumatlarda abortdan sonra qadında güclü qanaxma baş verdiyi və nəticədə həyatını itirdiyi qeyd olunub.
Məlumatda həmçinin bunun Lalə Quliyevanın ikinci hamiləliyi olduğu vurğulanıb.