Prezidentin sərəncamı ilə dövlət sərhədinin mühafizəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatlarında xidmətlərində igidlik və mərdlik göstərmiş, vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ölümündən sonra təltif ediliblər.
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunanlar arasında mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu da yer alıb.
Hər iki hərbi qulluqçu 2024-cü il 9 iyul tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olub.
Təltif olunanlara verilən ordenlər onların vəzifə borcunu şərəflə yerinə yetirmələrinə görə postum olaraq təqdim edilib.