Hamiləliyinin son mərhələsində olan bloqer Nailə Nəcəfli xəstəxanaya yerləşdirilib.

O, sosial media hesabında hospitaldan paylaşdığı videoda səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Nailə vəziyyətinin nəzarətdə olduğunu, özünü yaxşı hiss etdiyini və uşağın da sağlam olduğunu söyləyib.

Bloqer eyni zamanda bir neçə gün müayinə və nəzarət məqsədilə xəstəxanada qalacağını qeyd edib və izləyicilərdən narahat olmamağı xahiş edib. Onun açıqlaması sosial şəbəkələrdə dolaşan səhv informasiyalara son qoyub.

Nəcəfli həm öz sağlamlığı, həm də körpəsinin vəziyyətinin yaxşı olduğunu vurğulayıb və əlavə məlumatların daha sonra paylaşılacağını söyləyib.