Azov Shipping şirkətinə aid, Komor adaları bayrağı altında hərəkət edən 'Volgo Balt 226' quru yük gəmisi Qara dənizdə dronla hücuma məruz qalıb.
Hadisə ilə bağlı məlumatı Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi yayıb. Bildirilib ki, gəmidəki ekipaj üzvləri arasında azərbaycanlı dənizçilər də var.
Məlumatda qeyd olunur ki, hazırda gəmi Trabzon limanı istiqamətində hərəkət edir və hücum nəticəsində heç bir itki qeydə alınmayıb.