Bakının Qaradağ rayonunda avqustun 22-də baş verən hadisə zamanı bir nəfər ölüb.

Hadisə saat 15 radələrində Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1981-ci il təvəllüdlü Səyyad Əli oğlu Rzayev hasarın üzərində işləyərkən yıxılaraq xəsarət alıb.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.