Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birindən 1500 manat pul oğurlanması faktı qeydə alınıb.

Hadisə ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 33 yaşlı S.Məmmədov şübhəli şəxs qismində müəyyən edilərək saxlanılıb.

İlkin istintaq zamanı onun həmin cinayətlə yanaşı digər oxşar əməllərdə də iştirakının olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, araşdırma davam etdirilir.