Samux rayonundan olan Gülnaz Məmmədova qardaşını xilas etməyə çalışarkən həyatını itirib.
Gənc idmançı bu gün vağzalı ifaları fonunda dəfn olunub. Onun faciəli itkisi yaxın çevrəsi və tanışları arasında dərin kədər yaradıb.
Gülnaz Məmmədova kikboksinq idmanı ilə məşğul olub və sonuncu dəfə Gəncədə təşkil edilən XXX Azərbaycan birinciliyində qızıl medal əldə etmişdi.
Gənc idmançının qəfil və faciəli ölümü sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə səbəb olub.