Qəbələ Rayon Məhkəməsində 71 yaşlı piyadanın ölümünə səbəb olmaqda ittiham edilən sürücü Hamlet Yolçuyevin cinayət işi üzrə proses başa çatıb.

Məhkəmə iclasında hökm elan edilib və H.Yolçuyev 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İstintaqa görə, hadisə bu il martın 23-də Qəbələ şəhərində qeydə alınıb. H.Yolçuyevin idarə etdiyi KİA markalı avtomobil yolu keçən Səmayə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində (RPŞ) cinayət işi başlanıb və araşdırma davam edir.