Qətər hakimiyyəti iranlı pilotların taleyini araşdırmaq məqsədilə yaradılmış ekspert qrupunun ölkəyə girişinə qadağa qoyub.

SEPAH-ın nümayəndəsi iranlı mütəxəssislərin artıq aylar boyunca Qətərə daxil olmaq üçün icazə gözlədiyini bildirib və ölkənin ekspert qrupu üçün girişə imkan yaradılmasını tələb edib.

SEPAH rəsmisi eyni zamanda Qətərin iranlı pilotların saxlanması barədə məlumatları təkzib etmək əvəzinə ekspertləri qəbul etməli olduğunu vurğulayıb.

İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Məhəmməd Baqirzadə avqustun 15-də yayılan bəyanatında martda qəzaya uğramış “Su-24” təyyarələrindəki üç iranlı pilotun Qətər hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib.

Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari isə bu iddiaları qəti şəkildə rədd edərək, hava məkanının pozulmasına qarşı ölkənin beynəlxalq hüquqa uyğun tədbirlər gördüyünü açıqlayıb.