İsrailə məxsus pilotsuz uçuş aparatı Qəzza şəhərinə yaxın liman zonasına zərbə endirib. Hücum nəticəsində ümumilikdə altı nəfər həyatını itirib, onlardan biri uşaqdır.
Zərbə limandakı yerli kafeyə dəydiyi bildirilib. Hadisə zamanı on nəfər müxtəlif dərəcəli xəsarət alaraq şəhərin Əl-Şifa xəstəxanasına aparılıblar.
İsrail Müdafiə Ordusu zərbənin hədəfinin HƏMAS qruplaşmasının üzvü olduğunu açıqlayıb.