Quba rayonunun Çinarlı kəndində yerləşən bağ sahəsində yanğın qeydə alınıb.

Hadisə barədə saat 13:00 radələrində Şimal Regional Mərkəzinin Operativ Məlumat Şöbəsinə məlumat daxil olub.

Yanğının söndürülməsi üçün Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə avtomobili və 14 nəfərlik şəxsi heyəti əraziyə cəlb edilib.

Hadisənin səbəbləri və yanğının nəticələri barədə əlavə məlumat veriləcək.