Braziliyanın və dünya futbolunun tanınmış simalarından olan Roberto Karlosun İslam dinini qəbul etdiyi bildirilir.
Məlumatda yer alan açıqlamaya görə, dini fəaliyyətlə məşğul olan Şeyx Cihad Həmmadə futbolçunun uzun müddətdir onunla əlaqə saxladığını və təxminən dörd həftə əvvəl görüş zamanı kəlmeyi-şəhadəti qəbul edərək İslamı seçdiyini bildirib.
Eyni mənbədə həmçinin keçmiş futbolçunun daha sonra Mərakeş əsilli Souhila Əl-Təhri ilə ailə qurduğu iddia olunur.
Xəbərdə qeyd olunur ki, nikah mərasimi İslam qaydalarına uyğun şəkildə Şeyx Cihad Həmmadə tərəfindən həyata keçirilib.
Hələlik mövzu ilə bağlı şahidlərin və ya tərəflərin əlavə açıqlamaları verilməyib.