Rumıniyanın şərqində mənşəyi müəyyən edilməmiş pilotsuz uçuş aparatı vurulub.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, avqustun 15-dən 16-na keçən gecə müşahidə sistemləri Qalats şəhərindən təxminən 24 kilometr şimalda, Moldova istiqamətindən hava obyektinin Rumıniyanın hava məkanına daxil olduğunu qeydə alıb. Hadisə saat 04:44-də baş verib (Bakı vaxtı ilə 05:44).
Rumıniyanın 57-ci "Mixail Koqelniçanu" aviabazasından havaya qalxan və hava patrul xidmətində olan İspaniya Aerokosmik Qüvvələrinin F-18 qırıcısı avqustun 16-sı saat 05:01-də (Bakı vaxtı ilə 06:01) həmin pilotsuz aparatı vurub.
PUA-nın qəlpələri Belen və Kudalbi yaşayış məntəqələri arasındakı yaşayış olmayan əraziyə düşüb, əlavə zərər xəbəri verilməyib.