Cari ilin yanvar–iyul aylarında ölkə ərazisində qanunsuz dövriyyədən çıxarılan narkotik vasitə və psixotrop maddələrin ümumi çəkisi 6 ton 223 kq 519,057 qram, dəyəri isə 187 milyon 200 min manat təşkil edib.
Hesabat dövründə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4 963 cinayət faktı aşkarlanıb. Bunlardan 1 250-si narkotiklərin qanunsuz satışı, 3 613-ü qanunsuz əldə edilib saxlanılması, 97-si narkotik tərkibli bitkilərin əkilib-becərilməsi və 3-ü digər kateqoriyalı cinayətlərə aid olub.
Ümumi müsadirə olunan narkotiklərin strukturuna görə 5 ton 307 kq 260,329 qramı marixuana, 257 kq 073,146 qramı heroin, 124 kq 912,418 qramı tiryək, 247 kq 630,147 qramı həşiş, 125 kq 541,94 qramı digər narkotik vasitələr və 161 kq 101,077 qramı psixotrop maddələrdir.
Bununla yanaşı 34 983 ədəd metadon həbi, 12 715 ədəd çətənə bitkisi, 29 ədəd psixotrop həbi, 4,5 qram və 276 ədəd güclü təsir edən maddələr, həmçinin 970,1 qram zəhərli maddə də aşkar edilərək götürülüb.
2025-ci ilin yanvar–iyul dövrü ilə müqayisədə 2026-cı ilin eyni dövründə digər narkotik vasitələrin çəkisi 13 kq 395,167 qram azalaraq 9,7 faiz fərq göstərib.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşəbbüsü və əlaqədar qurumların iştirakı ilə 1 167,2 hektar sahədə aparılan monitorinqlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilərin yaş kütləsi 327 ton 716 kq, sayca 3 960 601 ədəd müəyyən edilərək məhv edilib.