Rusiya müharibənin 1639-cu gününə dair Ukrayna ordusunun itkilərini yeniləyib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, xüsusi əməliyyat başladığı gündən indiyədək düşmənin 673 təyyarəsi, 284 helikopteri, 214 914 pilotsuz uçuş aparatı, 669 zenit-raket kompleksi, 30 660 tank və digər zirehli texnikası məhv edilib.
O qeyd edib ki, həmçinin 1 774 reaktiv yaylım atəş sistemi, 36 211 artilleriya və minaatan vasitəsi, eləcə də 69 742 xüsusi hərbi avtomobil texnikası dağıdılıb.