Rusiya tərəfi Ukrayna əsirliyindən 103 rus hərbçisini geri alıb və əvəzində Rusiyada saxlanılan 103 ukraynalı məhbusu qarşı tərəfə təhvil verib.

Mübadilə 103-ə 103 prinsipi ilə təşkil edilib. Hadisənin həyata keçirildiyi barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri rus hərbçilərinin azad olunmasında humanitar vasitəçilik rolları oynayıb.

Hazırda azad edilmiş rus əsgərləri Belarus ərazisindədirlər. Onlara ilkin psixoloji və tibbi yardım göstərilir.

Lazımi ilkin baxımdan sonra hərbçilər müalicə və reabilitasiya məqsədilə Rusiyaya göndəriləcəklər.