Rusiyadan Ermənistana Azərbaycandan tranzit vasitəsilə növbəti ərzaq tədarükü həyata keçirilib.

26 vaqondan ibarət və ümumi çəkisi 1820 ton olan buğda 19 avqust 2026-cı il tarixində Biləcəri stansiyasından çıxarılaraq Böyük Kəsik istiqamətinə göndərilib.

Daha əvvəl həyata keçirilən tədarüklərin ümumi həcmi açıqlanıb: indiyədək təxminən 43 min tona yaxın taxıl, təxminən 9 min ton gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta tranzitlə daşınıb.

Həmçinin bildirilib ki, Azərbaycandan Ermənistana indiyədək təxminən 15 min tona yaxın dizel və təxminən 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzinin ixracı həyata keçirilib.