Təhsil sahəsində çalışan ekspert sosial media hesabında yazıb ki, Kazım Abbasov — “David Seliverstov” kimi tanınan şəxs “Bakı Dağ Yəhudilərinin İcması”nın binasında olub.
Bildirməyə görə, hadisə 2025-ci ilin mayın 7-də baş verib. Həmin gün sabiq icra başçısı Vaqif Abdullayevin ivrit dilinə tərcümə olunmuş “Dostumuz, müttəfiqimiz” kitabının təqdimatı təşkil olunub.
Ekspert qeyd edib ki, tədbirin aparıcısı keçmiş deputat Çingiz Qənizadə olub. O, həmçinin təqdimatın təşkilatçısı rolunda və icmada nüfuzlu şəxs kimi davranan bir şəxsin orada olduğunu yazıb.
Paylaşılan məlumatda vurğulanır ki, adı çəkilən şəxsin başında yəhudilərin ənənəvi baş geyimi kipa olub və ona yəhudilər barədə bir neçə sual ünvanlandıqda mövzudan yayındığı qeyd edilib.