Sabirabad rayonunda keçirilən əməliyyat nəticəsində 36 yaşlı İlkin Əbdürəhmanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər zamanı şübhəli şəxsdən 8 kiloqramdan çox narkotik vasitə götürülüb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxsin barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.