Sabirabad rayonunda avtonəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.
Hadisə Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun Sabirabad ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı KİA və Opel markalı minik avtomobilləri toqquşub.
Yaralılar 17.08.2026-cı il tarixində saat təxminən 14:50 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Ümumilikdə üç yaralıya zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb. Hazırda bir nəfərin instrumental diaqnostik müayinələri davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.