Sabirabad rayonunun Yuxarı Axtaçı kəndində yaşanan insident nəticəsində 73 yaşlı qadın oğlu tərəfindən döyüldüyünü bildirib.
Hadisə nahar vaxtı başlayıb. Yemək payı zamanı ev quşlarının masaya qalxması üzərinə Əhməd Soltanov (soyad şərtidir) sərxoş halda quşları söyüb. Ana oğlunun bu sözlərinə etiraz edərək onun nə üçün heyvanları söydüyünü soruşub.
Söhbət getdikcə kəskinləşib və ailə münaqişəsi zəminində Əhməd anasının baş və bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri endirib.
Məruz qalan qadın hadisədən sonra polisə müraciət edib. Sabirbad rayon məhkəməsində keçirilən prosesdə o, oğlundan şikayətçi olduğunu və ona ən ağır cəzanın kəsilməsini istədiyini bildirib.
Təqsirləndirilən şəxsin spirtli içki aludəçisi olduğunu qeyd edən qadın ifadəsində həmçinin öz pensiyası ilə onun ailəsinə baxdığını söyləyib.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxsə bir il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.