Bakının Sabunçu rayonunda 18 yaşlı gəncin tanışı olan şəxsi xəsarət yetirməsi ilə bağlı məhkəmə qərarı elan edilib.

Hadisə Ramana qəsəbəsi, Dmitrov küçəsində qeydə alınıb. Məlumata görə, Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Əhməd qonşusu və dostu İlqarla mübahisə edib.

Əhmədlə İlqar arasında kobud davranışla bağlı mübahisə yaranıb və nəticədə Əhməd bir dəfə yumruqla İlqarın üz nahiyəsinə zərbə endirərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla əlaqədar olaraq Əhmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi — qəsdən sağlamlığa zərər vurma — ilə ittiham elan edilib.

Sabunçu Rayon Məhkəməsində aparılan araşdırma zamanı zərərçəkən İlqarın təqsirləndirilən şəxslə barışdığı müəyyən edilib. İlqar məhkəmə qarşısında şikayəti və tələbinin olmadığını bildirib.

Məhkəmənin hökmünə əsasən, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə uyğun olaraq Əhməd cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraat dayandırılıb.