Bu gün axşam saatlarında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yol kənarında tikinti materiallarının yanması qeydə alınıb.

Hadisə saat 18:32-də başlayıb. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə yönləndirilib.

Yanğınsöndürənlərin həyata keçirdiyi operativ və təxirəsalınmaz tədbirlər nəticəsində alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Mənbələr bildirir ki, hazırda hadisə yerində təhlükəsizlik tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.