Sabunçuda avqustun 23-də gecə baş verən ölüm hadisəsinin qətl olduğu müəyyən edilib.

Hadisə zamanı 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alması nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Syubayevi 1984-cü il təvəllüdlü xanımı Alfina Azizova münaqişə zəminində bıçaqla öldürüb.

A.Azizova saxlanılaraq istintaqa təhvil verilib və işin istintaqı davam edir.