ABŞ Prezidenti Donald Tramp İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın sözlərini öz sosial media hesabında paylaşıb.

Qalibaf ötən həftə İraqa səfəri zamanı İran və İraq iqtisadi fəallarının görüşündə çıxış edib. Onun həmin çıxışında səslənən fikirlər daha sonra media məkanında yayımlanıb.

Bir sıra informasiya vasitələri Qalibafın çıxışındakı bəzi cümlələri və ifadələri kontekstdən çıxarıb təqdim edib. Tramp təhrif olunmuş variantdan istifadə edərək Qalibafın sözü kimi göstərilən "Biz acıq, dözümümüz yoxdur" ifadəsini spikerin fotosu ilə birlikdə Truth Social platformasında paylaşıb.

Hadisə beynəlxalq və regional siyasi müzakirələrə səbəb olub, məsələnin məzmunu və təqdimatı barədə fərqli şərhlər ortaya çıxıb.