Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yolun kənarında yerləşən tikinti materiallarında yanğın başlayıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb və vəziyyətə dərhal reaksiya verildiyini bildirilib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri operativ olaraq hadisə yerinə göndərilib və yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

Hadisə barədə əlavə məlumat verəcəklər.