Sakaryanın Adapazarı rayonunda son aylarda qeyri-adi hadisələr əhali arasında narahatlıq yaradıb.

Altı aydır davam etdiyi bildirilən insidentlərdə gecə vaxtı naməlum şəxs və ya şəxslər evlərə daş atır, pəncərələrə və sakinlərə lazer tuturlar.

Məhəllə sakinləri həmin şəxsi Yeşilçam filmi "Süd Qardaşları"ndakı "Qulyabanı" obrazına bənzədərək onun fəaliyyəti barədə qorxuya düşüblər. Gecələr ortaya çıxan bu naməlum şəxsin hər dəfə izini itirdiyi vurğulanır.

Uzun müddət yuxusuz qalan əhali çarəni küçələrdə növbə tutmaqda görüb; müxtəlif ailələr gecə boyunca növbə çəkərək özlərini qorumağa çalışırlar.

Gece keşik çəkən vətəndaşlara polis dəstək verməyə başlayıb və həmin bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.