Demans beyinin funksiyalarında tədricən geriləmə ilə xarakterizə olunan neyrodegenerativ pozuntu hesab edilir.

Yeni analizə görə, fiziki aktivliyin mütəmadi həyata keçirilməsi demansın qarşısını almaq üçün ən təsirli üsullardan biridir.

Araşdırmada 74 müxtəlif tədqiqatın nəticələri bir araya gətirilib və ümumilikdə 4,2 milyondan çox şəxsin məlumatları təhlil olunub.

Analiz göstərib ki, müntəzəm fiziki fəaliyyətlə məşğul olan insanlar — məs. gəzən, qaçan, üzən və ya velosiped sürənlər — demans inkişafı riskinə görə fiziki cəhətdən ən az aktiv olanlara nisbətən təxminən 24% daha az risk altında olurlar.

Tədqiqatın nəticələri The Lancet Public Health jurnalında nəşr olunub.